Bank Of Baku

Terri Devis: “Azərbaycanda daha çox söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək”

Terri Devis: “Azərbaycanda daha çox söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək”
# 25 iyun 2008 10:43 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Strasburqda mətbuat konfransı keçirən Avropa Şurasının baş katibi Terri Devis söyləyib. Jurnalistlərin Azərbaycanda seçkiöncəsi vəziyyət və AŞPA-nın qəbul etdiyi qətnaməni hansı formada yerinə yetirəcəyi ilə bağlı suallarını cavablandıran Terri Devis Azərbaycan hökumətindən çox şey gözlədiyini deyib: “Ümidvaram ki, Azərbaycan hökuməti müvafiq tədbirlər görməmişdən əvvəl Avropa Şurası Parlament Assambleyasına layiq olduğu diqqəti göstərəcək. Avropa Şurası təkcə AŞ PA-dan ibarət deyil. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı öz narahatlıqlarını ifadə edib. Baş katib kimi mən də Azərbaycandakı vəziyyətlə bağlı, o cümlədən jurnalistlərin həbsi ilə bağlı ciddi narahatlığımı ifadə etmişəm. Düşünürəm ki, jurnalistlərin durumunu yaxından izləmək lazımdır. Media azadlığı demokratiyanın özülünü təşkil edir. Azərbaycanda daha çox mətbuat və söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR