Bank Of Baku

AŞPA irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün Ermənistana 2009-cu ilin yanvarına kimi vaxt verib

AŞPA irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün Ermənistana 2009-cu ilin yanvarına kimi vaxt verib
# 26 iyun 2008 08:07 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, iclasda AŞ PA-nın aprelin 17-də Ermənistanla bağlı qəbul etdiyi 1609 saylı qətnamənin yerinə yetirilməsi müzakirə olunub. Müzakirələrdə çıxış edən bəzi deputatlar AŞ PA qətnaməsində irəli sürülən tövsiyələrin yerinə yetirilməsi Ermənistana gələn ilin yanvarına kimi vaxt verilməsini istəyiblər. Həmməruzəçilər isə ötən müddət ərzində Ermənistanda demokratik institutların fəaliyyətinə yönəlik atılmış addımların yetərli olmadığını bildiriblər. Buna baxmayaraq onlar qısa müddətdə əldə olunan irəliləyişləri dəstəkləyib və Ermənistanın demokratiya yolunda lazımi addımlar atacağına ümid bəslədiklərini ifadə edərək qətnaməni indiki formada qəbul etməyə çağırıblar. Müzakirələrin sonunda sözügedən qətnamə 27 dəyişiklik edilməklə qəbul edilib və Ermənistana AŞ PA-nın tələblərini yerinə yetirməsi üçün 2009-cu ilin yanvarına kimi vaxt verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR