Bank Of Baku

AŞ PA məruzəçisi Edvard Ohara Azərbaycan və Ermənistana səfərdən birdəfəlik imtina edib

AŞ PA məruzəçisi Edvard Ohara Azərbaycan və Ermənistana səfərdən birdəfəlik imtina edib
# 27 iyun 2008 13:03 (UTC +04:00)
Bu barədə APA-ya adı çəkilən komitədən məlumat verilib. Bu barədə qərar AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinin iyunun 25-də keçirilən iclasında qəbul olunub. Komitənin sədri, lüksemburqlu deputat Anne Brasseur bununla bağlı AŞ PA sədrinə xüsusi məktub ünvanlayıb. Məktubda AŞ PA sədrindən gələn həftə Bakıya reallaşacaq səfəri zamanı bu məsələni gündəmdə saxlamaq xahiş olunub. Məktubda bildirilib ki, gələcəkdə bu səfərin baş tutması ilə bağlı dəvət olsa, onun reallaşmasına heç bir problem olmayacaq. Qeyd edək ki, Edvard Oharanın rəhbərlik etdiyi missiyanın bölgəyə səfəri üç ildir müxtəlif səbəblərdən təxirə salınır. Britaniyalı deputata səfərin baş tutmamasını siyasi problemlərlə əlaqələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR