Bank Of Baku

Astanada ATƏT Parlament Assambleyasının sessiyası başlayıb

Astanada ATƏT Parlament Assambleyasının sessiyası başlayıb
# 29 iyun 2008 08:54 (UTC +04:00)
Toplantı iştirakçıları təşkilatın şəffaflığı, su resurslarının idarə edilməsi, kibercinayətkarlıq, qadın zorakılığı kimi aktual məsələləri müzakirə edəcəklər.
Bununla yanaşı, iclasda bir sıra regional məsələlər, o cümlədən, Əfqanıstan, Gürcüstan və Çernobıldakı vəziyyətlə bağlı məsələlərə diqqət yetiriləcək.
İlk dəfə olaraq Mərkəzi Asiya bölgəsində keçirilən sessiyada ATƏT-in üzvü olan 56 ölkədən, o cümlədən Azərbaycandan, 250 millət vəkili iştirak edir. Tədbirə ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, bu ölkənin parlamentinin spikeri Qasım-Comərt Tokayev, ATƏT PA-nın sədri Qoran Lennmarker, ATƏT-in baş katibi Mark Perrin de Brişambo, təşkilatın milli azlıqların haqları üzrə komissarı Knut Vollebek də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR