Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan beynəlxalq sülh və sabitliyə töhfə verməyə davam edəcək”

Xəzər İbrahim: “Azərbaycan beynəlxalq sülh və sabitliyə töhfə verməyə davam edəcək”
# 30 iyun 2008 11:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Əsgərimizin İraqda həlak olması böyük itkidir, lakin Azərbaycan beynəlxalq sülh və sabitliyə öz töhfəsini verməyə davam edəcək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi ənənəvi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan əsgəri öz xidməti borcunu yerinə yetirərkən həlak olub: “Təbii ki, bizim əsgər və zabitlərimiz təhlükəsiz şəraitində xidmət etmirlər. Bu, mümkün də deyil. Azərbaycanda şüurlu olaraq beynəlxalq aləmin məsuliyyətli üzvü kimi öz sülhməramlılarını bu regionlara İraq və Əfqanıstana göndərib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR