Diplomatiya Günü müəyyən olunarkən bir neçə təklif irəli sürülüb. Osmanlı Türkiyəsi ilə imzalanmış müqavilənin imzalandığı günün, Versal konfransının başladığı günün, Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanındığı günün Diplomatiya Günü kimi seçilməsi təklif olunsa da, məhz 9 iyul tarixinin üzərində dayanılıb. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. Hazırda Azərbaycan paytaxtında xarici ölkə diplomatik nümayəndəliklərinin sayı 40-a çatıb. Azərbaycanın xaricdəki diplomatik korpusu isə 60-a yaxın səfirlik, baş konsulluq və daimi nümayəndəlikdən ibarətdir. Azərbaycanlı diplomatların sayı 700-ə yaxındır. Onların əksəriyyəti xarici dövlətlərdə, qalanları isə Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışır.
Azərbaycanın xarici işlər naziri olmuş şəxslərin siyahısı: