Bank Of Baku

Fransa səfiri Zaqatalaya səfər edib

Fransa səfiri Zaqatalaya səfər edib
# 21 iyul 2008 11:20 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Zaqatalaya səfər edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səfir rayon rəhbərliyi ilə rəsmi görüş keçirib və fransız dili tədris edən orta məktəb müəllimlərinin rayonda keçirilən təlim-kurslarına qatılıb. Q. Keller icra başçısı Asif Əsgərovla keçirdiyi görüşdə Azərbaycan və Fransa hökumətləri arasındakı inkişaf edən münasibətlərdən danışılıb. Görüşdə həmçinin A. Əsgərov səfirə Zaqatalanın turizm potensialı barədə məlumat verib və rayonda turizmin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı məsləhətləşmələr aparılıb. Q. Keller Zaqatalaya səfəri çərçivəsində rayonda fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baş çəkib. Qeyd edək ki, Zaqatalada Təhsil Nazirliyi və Fransa səfirliyinin təşkilatçılığı ilə ölkənin ayrı-ayrı regionlarından və paytaxt Bakıdan 50-ə yaxın fransız dilindən dərs deyən orta məktəb müəllimləri üçün təlim-kursları keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR