Bank Of Baku

Azərbaycanın daxili işlər naziri Piter Semnebi ilə görüşüb

Azərbaycanın daxili işlər naziri Piter Semnebi ilə görüşüb
# 01 avqust 2008 16:24 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 1-dən Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi elçisi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə oktyabr ayında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı görülən işlər müzakirə olunub. Nazir qeyd edib ki, seçkinin azad, ədalətli və demokratik şəraitdə keçirilməsi məqsədi ilə polisin də üzərinə qanunla müəyyənləşdirilmiş vəzifələr qoyulub və şəxsi heyət həmin vəzifələri yerinə yetirmək üçün tam səfərbər olunub, lazımi təlimatlar verilib. Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların hüquqlarının pozulması, seçki komissiyalarının üzvlərinə təzyiq və təsir göstərilməsi, digər hüquqa zidd hərəkətlərin qarşısının alınması üçün daxili işlər orqanları da vacib vəzifələri yerinə yetirir. İctimai asayişin qorunması ilə əlaqədar daxili işlər orqanlarının vəzifələrinin layiqincə yerinə yetirilməsinin təşkili məqsədi ilə xüsusi tədbirlər planı hazırlanıb. Fransanın Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR