Bank Of Baku

ABŞ konqresmeni azərbaycanlı uşağın kirvəsi olub

ABŞ konqresmeni azərbaycanlı uşağın kirvəsi olub
# 04 avqust 2008 13:56 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan və Türkiyə üzrə İşçi Qrupların üzvü olan cənab Toun bu bəyanatı ay yarımlıq Kamalın atası, Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Naimi Əmirəliyevlə görüşündən sonra verib. Ötən gün Konqresdə Ohayo ştatının 2-ci dairəsini təmsil edən Jan Şmidtlə (Jean Schmidt) də görüşən N. Əmirəliyev onu Azərbaycan üzrə İşçi Qrupa daxil olmağa çağırıb. Xanım Şmidt şifahi formada Azərbaycan üzrə qrupa qoşulmağa vəd verib və müvafiq sənədləri İşçi Qrupa yollayacağını deyib.
Elə himin gün Azərbaycan üzrə İşçi Qrupun digər iki üzvü - Stive Kohen (Steve Cohen) və Eddi Consonla (Eddie Bernice Johnson) görüşən N. Əmirəliyev onlara son dövrlər Azərbaycanda cərəyan edən hadisələr barədə məlumat verib, ölkənin xarici siyasi kursu, NATO və Avropa Birliyi ilə fəaliyyətinə xüsusi yer ayırıb.
Qeyd edək ki, Konqresin Azərbaycan üzrə işçi qrupunda 43 konqresmen qoşulub. Onların 5-i bu qrupa N. Əmirəliyevin təşəbbüsü ilə daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR