Bank Of Baku

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun iclası sentyabrın 4-5-də Bakıda keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun iclası sentyabrın 4-5-də Bakıda keçiriləcək
# 29 avqust 2008 15:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupun 23-cü iclası sentyabrın 4-5-də Bakıda keçiriləcək. Xarici İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas “Gülüstan” sarayında baş tutacaq. Xatırladaq ki, bu görüşün iyulun 23-24-də keçirilməsi gözlənilsə də, toplantı iştirakçıların xahişi ilə təxirə salınmışdı. İclasda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın xarici işlər nazirləri müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək. Görüşdə Xəzərin statusu haqqında Konvensiyanın mətni üzərində müzakirələr aparılacaq.

Qeyd edək ki, Xəzəryanı ölkələrin Tehran sammitində Bakıda Xəzərin təhlükəsizliyinə dair xüsusi konfrans keçirilməsi qərara alınıb. Həmin konfransla bağlı işçi qrupun iclasında müzakirələr aparılacaq, mövcud olan təhlükəsizlik məsələlərinə aid olan bütün təkliflər ümumiləşdiriləcək, təkliflər əsasında layihə hazırlanacaq. İşçi qrupun iclasında təhlükəsizlik üzrə konfransın tarixi də müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR