Bank Of Baku

Rafael Hüseynov AŞ PA Mədəniyyət, Elm və Təhsil Daimi Komitəsinin iclasında iştirak edəcək

Rafael Hüseynov AŞ PA Mədəniyyət, Elm və Təhsil Daimi Komitəsinin iclasında iştirak edəcək
# 01 sentyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədr müavini Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Mədəniyyət, Elm və Təhsil Daimi Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşüb.

Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda keçmiş münaqişə zonalarında tarixin tədrisi, təhsil və mədəniyyətlərarası dialoq, mədəni irsin qorunması, Avropa parlamenti ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Səfər sentyabrın 4-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR