Bank Of Baku

İranda azərbaycanlıların haqları uğrunda hərəkatın fəallarından biri ömürlük təhsil almaqdan məhrum edilib

İranda azərbaycanlıların haqları uğrunda hərəkatın fəallarından biri ömürlük təhsil almaqdan məhrum edilib
# 01 sentyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda azərbaycanlıların haqları uğrunda hərəkatın fəallarından olan İbrahim Rəşidi bu ölkənin Təhsilə Nəzarət Komitəsinin rəyi əsasında ömürlük təhsil almaqdan məhrum edilib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bu qərarla İ. Rəşidinin Urmiya Universitetində ali təhsilini davam etdirməsinə məhdudiyyət qoyulub.
Qeyd edək ki, şair, jurnalist İbrahim Rəşidi (Savalan) “Ulduz” jurnalının redaktoru, “Bulud” jurnalının baş yazarı, “Oyanış” və “Baxış” dərgilərinin redaksiya heyətinin üzvü olub. 2005-ci ilin mayında Bəzz qalasına yürüşün və İranda keçirilən prezident seçkisinin boykot edilməsinin təbliği ittihamı ilə həbs olunub və barəsində 5 aylıq həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR