Bank Of Baku

Qoran Lenmarker Azərbaycan Milli Məclisində görüşlər keçirib

Qoran Lenmarker Azərbaycan Milli Məclisində görüşlər keçirib
# 01 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyası (PA) prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun səylərinin daha da artırılmasının vacibliyini qeyd edib: “Dünyanın müxtəlif bölgələrində separatizmin dəstəklənməsi, bu sahədə ardıcıl siyasətin yeridilməməsi ikili standartlara yol açır və öz növbəsində ölkələrin ərazi bütövlüyü prinsipinin pozulmasına səbəb olur”.

Spiker qeyd edib ki, etnik münaqişələrə, separatizmə vaxtında və yerində düzgün qiymət verilməli, beynəlxalq hüququn prinsipləri gözlənilməlidir: “Təəssüf ki, bugünkü reallıq bu sahədə başqa bir mənzərəni əks etdirir. Bütün bunlara baxmayaraq, Azərbaycan regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə, güc tətbiq etməməklə, ölkələrin ərazi bütövlüyü prinsipi qorunmaq şərti ilə həllinə tərəfdardır. Biz Cənubi Qafqazda son dövrdə baş vermiş hadisələrdən təəssüfləndiyimizi bildirir və öz mövqeyimizi bir daha təsdiqləyirik”.

Q. Lenmarker Azərbaycanda keçirdiyi görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə Cənubi Qafqazdakı ictimai-siyasi vəziyyət, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Q. Lenmarker Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR