Bank Of Baku

Qoran Lenmarker: “Azərbaycana səfərimin əsas məqsəd Gürcüstanda baş verənlərə rəsmi Bakının münasibətini öyrənmək olub”

Qoran Lenmarker: “Azərbaycana səfərimin əsas məqsəd Gürcüstanda baş verənlərə rəsmi Bakının münasibətini öyrənmək olub”
# 01 sentyabr 2008 15:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker deyib. Q. Lenmarker bildirib ki, Azərbaycan regionun ən vacib ölkələrindən biri olduğuna görə bu məsələ ilə bağlı mövqeyi önəmlidir: “Səfərin nəticəsi olaraq düşünürəm ki, regionda əməkdaşlıq genişlənməlidir”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında mövcud vəziyyəti xatırladan ATƏT nümayəndəsi bunun əməkdaşlığı bir qədər çətinləşdirdiyini söyləyib: “Biz ümid edirik ki, əməkdaşlığın daha da genişlənməsi üçün addımlar atılacaq. Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həlli vacibdir. Ən əsası ona görə ki, qaçqın və məcburi köçkünləri sayı çoxdur”.

Gürcüstandakı vəziyyətə toxunan ATƏT nümayəndəsi hadisələrə qiymət verməyin tez olduğunu bildirib: “Düşünürəm ki, bu böhranlı hadisələrin üzərindən keçmək üçün də əməkdaşlıq genişlənməlidir”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci ildə hesabat hazırladığını xatırladan Q. Lenmarker yeni hesabat hazırlamaq barədə düşünmür. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək edə bilərlər: “Amma hər şey iki ölkədən və onların rəhbərlərindən asılıdır”.

ATƏT nümayəndəsi Ermənistan və Azərbaycan rəhbərlikləri arasında görüşlərin keçirilməsindən məmnun olduğunu da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR