Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoran Lenmarkeri qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoran Lenmarkeri qəbul edib
# 01 sentyabr 2008 16:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də ATƏT Parlament Assambleyası prezidentinin xüsusi nümayəndəsi Qoran Lenmarkeri qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Cənubi Qafqaz bölgəsində baş vermiş son hadisələrlə bağlı narahatlığını ifadə edən qonaq, Avropanın da diqqətinin hazırda regiona yönəldiyini və sabitliyin tezliklə bərpa olunmasında yardımçı olmaq üçün mövcud şəraitin qiymətləndirilməsinə çalışdığını bildirib.

Öz növbəsində, E. Məmmədyarov da uzadılmış münaqişələrin regional təhlükəsizliyə və layihələrə təhdid olduğunu vurğulayaraq, sülhün uzun müddətli və davamlı olması üçün münaqişələrin həllinin beynəlxalq hüquqa əsaslanan yolunu zəruri sayıb. Nazir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu, Avropanın heç bir zaman işğal faktını qəbul etməyəcəyinə də əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR