Bank Of Baku

Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin surətini qəbul edib

Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin surətini qəbul edib
# 02 sentyabr 2008 15:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Kuba Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Marsello Kabalyero Torresi qəbul edib. Xarici İşlər Nazirliyindən APA-ya daxil olan məlumata görə, Azərbaycanla ikitərəfli əlaqələrin yüksək templə inkişafından məmnunluğunu ifadə edən səfir Kubanın ölkəmizdə səfirliyinin açılmasından keçən qısa müddətdə bir sıra işlərin görülməsini müsbət qiymətləndirib.

Ölkəsinin, həmçinin iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasında və konkret nəticələr əldə edilməsində maraqlı olduğunu diqqətə çatdıran diplomat Azərbaycandan neft və ərzaq məhsullarının idxalının təşkilinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, E. Məmmədyarov siyasi, iqtisadi sferalardan başqa, humanitar müstəvidə əməkdaşlıq etmək, mədəniyyət günləri təşkil etmək, hər iki ictimaiyyəti qarşılıqlı məlumatlandırmaq kimi təşəbbüslərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin nazirliklərarası məsləhətləşmələr, hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə ediləcək məsələlər, diplomatik akademiyalar arasında təmasların qurulması və diplomatların mübadiləsi məsələləri nəzərdən keçirilib.

Səfir M. Torres etimadnaməsinin surətini nazirə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR