Bank Of Baku

Misirin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib

Misirin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib
# 02 sentyabr 2008 15:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Sabir Mansuru qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, etimadnaməsinin surətini nazirə təqdim edən səfir Misir xalqı ilə oxşar mədəniyyətə, adət-ənənələrə, tarixi köklərə malik olan Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi duyduğunu ifadə edib.

Daha sonra tərəflər Azərbaycanla Misir arasındakı iqtisadi və siyasi münasibətlərin uğurlu inkişafı haqda fikir mübadiləsi aparıblar. Yeni səfir Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xatırladaraq, ikitərəfli münasibətlərin inkişaf istiqamətində bütün səylərini göstərəcəyini bildirib.

E. Məmmədyarov, öz növbəsində, Azərbaycan tərəfinin də bu məhsuldar əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR