Bank Of Baku

BAXCP sədri Dəniz Baykala təşəkkür məktubu göndərib

BAXCP sədri Dəniz Baykala təşəkkür məktubu göndərib
# 02 sentyabr 2008 16:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə Böyük Millət Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Dəniz Baykala təşəkkür məktub göndərib. BAXCP-dən APA-ya verilən məlumata görə, Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanın dəvətilə Ermənistana planlaşdırılan səfərinə münasibətdə Dəniz Baykalın qətiyyətli mövqe nümayiş etdirməsi təqdir olunub: “Sizin prezident Abdulla Gülün Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edən Ermənistanın indiki dövlət başçısı Serj Sərkisyanın dəvətilə bu təcavüzkar ölkəyə gözlənilən səfərinə qarşı qətiyyətli mövqeyinizi alqışlayır və Azərbaycan türklərinin yaşantılarına həssaslıqla yanaşdığınız üçün öz minnətdarlığımızı bildirməkdən qürur duyuram”.

Müraciətdə daha sonra bildirilib: “Bu gün yaxın qonşularına qarşı etnik təmizləmə siyasəti həyat keçirən, ərazi iddiaları irəli sürən, dinc insanlara qarşı amansız qətliamlar törətməsinə rəğmən qondarma soyqırım iddialarını davam etdirən Ermənistana münasibətdə aşırı qucaqaçmaların nə qədər perspektivsiz olduğunun dəfələrlə şahidi olmuşuq. Bu üsullarla mövcudluğunu türk düşmənçiliyi üzərində quran, zaman-zaman böyük imperiyaların dəstəyilə torpaqlarımıza sahiblənən, bölgədə təcavüzün və terrorun rəmzinə çevrilən Ermənistanın Azərbaycana və Türkiyəyə olan aqressiv münasibətini dəyişmək mümkün deyil. Təəssüf ki, hazırda Türkiyə siyasətində aparıcı mövqedə dayanan bir sıra şəxslər hələ də bu həqiqəti görmək istəmir, yaxud hansısa özəl və ya kənardan stimullaşdırılan maraqlar müstəvisindən çıxış edərək nəticə etibarilə ümumi mənafeyimizə zərbə vururlar. Məni narahat edən məqamlardan biri də bütün siyasi karyerasını türk milliyyətçiliyi üzərində quran insanların baş verənlərə həddən artıq soyuq və yayındırıcı münasibət sərgiləmələridir. Bu baxımdan, Serj Sərkisyanın Azərbaycan Türkiyə münasibətlərində ziddiyyətlərin yaradılmasına xidmət edən dəvəti bir çox məqamlara aydınlıq gətirdi”.

Məktubun sonunda vurğulanıb ki, türk xalqı Türkiyə və Azərbaycan türklərinə qarşı yönəlmiş bütün oyunlara son qoymaq gücünü bir daha nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR