Bank Of Baku

Serj Sərkisyan: “Azərbaycanda prezident seçkiləri başa çatana kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş gözləmirəm”

Serj Sərkisyan: “Azərbaycanda prezident seçkiləri başa çatana kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş gözləmirəm”
# 03 sentyabr 2008 09:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan Türkiyənin “Radikal” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, münaqişənin nizalanması tərəflərin siyasi iradə nümayəş etdirməsindən asılıdır: “Biz bu məsələ ilə bağlı iyunun 6-da prezident İlham Əliyevlə Sankt-Peterburqda müzakirələr aparmışıq. Həm Azərbaycan prezidenti, həm də mən görüşün nəticələrini müsbət qiymətləndirmişik və hesab edirik ki, dialoqun davam etdirilməsinə əsas yaradan danışıqlar aparmışıq. Daha sonra xarici işlər nazirlərinə göstəriş verdik ki, Madrid prinsipləri əsasında danışıqları davam etdirsinlər. Artıq nazirlər səviyyəsində üç belə görüş keçirilib. Ümidvarıq ki, bu prinsiplər əsasında tərəfləri qane edən qərarlar qəbul edə biləcəyik. Azərbaycanda prezident seçkiləri başa çatana kimi hansısa gözləntidən danışmaq düzgün olmazdı. Hər şey siyasi iradədən asılıdır. Biz siyasi iradə nümayiş etdirməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR