Bank Of Baku

AŞ PA müşahidə missiyasının üzvləri sentyabrın 15-də Bakıya gələcəklər

AŞ PA müşahidə missiyasının üzvləri sentyabrın 15-də Bakıya gələcəklər
# 03 sentyabr 2008 10:54 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Sentyabrın 15-də Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının üzvləri Bakıya gələcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndə Veronika Kotek məlumat verib. Onun sözlərinə görə, Bakıya gələcək nümayəndə heyətinə Andreas Herkel rəhbərlik edəcək. Nümayəndə heyətinin səfərindən bir neçə gün sonra Bakıda Avropa Şurasının müşahidə qərargahının açılması nəzərdə tutulur. Verinika Kotek seçkilərə bir neçə gün qalmış Bakıya AŞ PA-nın 30 müşahidəçisinin gələcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR