Bank Of Baku

Ukrayna enerji nazirinin müavini Burzu Əliyev sentyabrın 9-da Azərbaycana gələcək

Ukrayna enerji nazirinin müavini Burzu Əliyev sentyabrın 9-da Azərbaycana gələcək
# 04 sentyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ukrayna enerji nazirinin müavini Burzu Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 9-da Bakıya gələcək. APA-nın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Səfir deyib ki, nümayəndə heyəti sentyabrın 9-10-da Bakıda keçiriləcək «Azərbaycan və Türkmənistan, neft və qaz potensialı: enerji, iqtisadiyyat, ekologiya əməkdaşlıq strategiyası» beynəlxalq konfransında iştirak edəcək.

Səfir həmçinin bildirib ki, B. Əliyev Bakıda ikitərəfli görüşlər də keçirəcək. Görüşlərdə Ukraynada neft emalı zavodunun inşası ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, B. Əliyev Ukrayna prezidenti Viktor Yuşşenkonun sərəncamına əsasən, bu ölkənin neft infrastrukturunun inkişafı üzrə işçi qrupuna rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR