Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Macarıstan parlamentinin spikeri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Macarıstan parlamentinin spikeri ilə görüşüb
# 05 sentyabr 2008 17:02 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan parlamentinin spikeri, xanım Katalina Szili ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan və Macarıstan arasında münasibətlərin çoxaspektli cəhətlərini vurğulayan tərəflər, parlamentlərarası təmasların qurulması və inkişafını müsbət dəyərləndiriblər.

Xanım K. Szili, həmçinin Azərbaycanın regionun sabitliyində vacib rolunu vurğulayıb, eyni zamanda, enerji layihələrinə toxunaraq, Macarıstanın enerji mənbələrinin və tranzit marşrutlarının müxtəlifliyində maraqlı olduğunu diqqətə çatdırıb.

E. Məmmədyarov isə bölgədəki enerji dəhlizlərinin təhlükəsizliyinin də diqqətdə saxlanmasının zəruriliyini vurğulayaraq, postsovet məkanında separatizm yönlü münaqişələrin həllinin bu baxımdan vacib olduğunu bildirib. Cənubi Qafqaz regionunda mövcud konfliktlərin aradan qaldırılması, sabit və etimadlı qonşuluq münasibətlərinin qurulmasının hər bir ölkənin maraqları daxilində olduğunu qeyd edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında qanunvericilik sahəsində, Azərbaycanın Aİ-yə inteqrasiyası sahəsində əməkdaşlıq, qeyri-neft sahəsində birgə iş birliyinin qurulması kimi mövzular da nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR