Bank Of Baku

MSK nümayəndəsi Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

MSK nümayəndəsi Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
# 10 sentyabr 2008 21:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi sentyabrın 28-də Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Bu barədə APA-ya MSK-nın beynəlxalq şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfini həm Belarus MSK, həm də MDB-nin Müşahidə Missiyası bu seçkiləri izləməyə dəvət edib. R. Qasımov bildirib ki, Belarusdakı seçkilər Azərbaycanda prezident seçkiləri ərəfəsinə təsadüf etdiyindən yalnız bir nümayəndə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR