Bank Of Baku

Prezident İlham Əliyev Kuba və Misirin Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev Kuba və Misirin Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini qəbul edib
# 10 sentyabr 2008 14:46 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev sentyabrın 10-da Kuba Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Marselo Kabalyero Torresin etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu, Bakıda Kubanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, M. K. Torres Kubanın Bakıdakı diplomatik nümayəndəliyində fəaliyyətə başlayan ilk səfir kimi iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, dövlət başçısını əmin edib ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurun da etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, yeni səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

Öz növbəsində, səfir xalqlarımızın birgə dəyərlərə və mədəniyyətlərə malik olduğunu, ikitərəfli münasibətlərin bütün sahələrdə davamlı olaraq inkişaf etdiyini bildirib. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında mövcud dost münasibətlərin daha da genişlənməsi üçün bütün səylərini əsirgəməyəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR