Bank Of Baku

İranda həbsdə olan azərbaycanlı tələbələrin ailə üzvləri məhkəmə binası qarşısında aksiya keçiriblər

İranda həbsdə olan azərbaycanlı tələbələrin ailə üzvləri məhkəmə binası qarşısında aksiya keçiriblər
# 10 sentyabr 2008 14:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran hüquq-mühafizə orqanları tərəfindən həbs olunan azərbaycanlı tələbələrin ailə üzvləri Təbriz İnqilab Məhkəməsinin binası qarşısında aksiya keçiriblər. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, sentyabrın 8-də Təbriz Universitetinin tələbələri Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Daryuş Hatəmi, Əmir Mərdani, Məqsud Əhdi, Mənsur Əminyan və Məcid Makuyinin ailə üzvləri məhkəmə rəhbərliyinə övladlarının günahsız olduqlarını bəyan ediblər. Aksiya iştirakçıları ailə üzvlərinin azadlığa buraxılması tələbi ilə də çıxış ediblər. Onlar məhkumlarla görüşməyə qoyulan məhdudiyyətin aradan qaldırılmasını da istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR