Azərbaycan və Türkiyə prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istismarı nəticəsində hər iki ölkənin iqtisadi və siyasi maraqlarını daha da böyük dərəcədə təmin etdiyini deyən prezident nəqliyyat sektorunda atılan addımların da uğurlu olduğunu vurğulayıb: “Bizim bütün iqtisadi və siyasi təşəbbüslərimiz bölgədə əməkdaşlığın, sabitliyin, sülhün bərqərar olunmasına xidmət göstərir. Bu baxımdan tam əminliklə deyə bilərik ki, ümumiyyətlə, Türkiyə və Azərbaycanın siyasəti, bölgədə irəli sürülən təşəbbüslər bu gün və gələcəkdə sabitliyin daha da möhkəmlənməsinə yeni şərait yaradacaq”.
Azərbaycan prezidenti deyib ki, Abdulla Güllə ikitərəfli məsələləri və bölgədə yaranmış vəziyyəti, son hadisələri müzakirə edərkən, bir daha Türkiyə ilə Azərbaycanın mövqeyinin, maraqlarının bir olduğu, hadisələrə baxışlarda fərq olmadığı ortaya çıxıb: “Bu, çox önəmlidir. Çünki, bu, həm iki ölkə arasında olan ənənəvi dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir, digər tərəfdən, sirr deyil ki, Türkiyə və Azərbaycanın bölgədəki rolu və təsir imkanları böyüyür. Bunun müxtəlif səbəbləri var və bu səbəblərin yaranmasında, əlbəttə ki, bizim fəaliyyətimiz də az əhəmiyyət kəsb etmir. Beləliklə, biz gələcək birgə fəaliyyət haqqında çox açıq və aydın mənzərə görürük və əminəm ki, birgə səylər nəticəsində biz bölgədə sülhün təmin olunmasını görəcəyik”.
Dağlıq Qarabağ münaqişəsinin həllinin ön plana çıxdığını vurğulayan ölkə başçısı məsələnin uzun illər həll olunmamasının həm Azərbaycan, həm də bölgə üçün böyük təhlükə mənbəyi olduğunu qeyd edib: “Biz məsələnin tezliklə və beynəlxalq hüquq normaları əsasında həllini tapmasını istəyirik. Azərbaycan bütün beynəlxalq təşkilatlarda öz mövqeyini açıq-aydın ortaya qoyur”.
BMT-nin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı mövqeyini xatırladan dövlət başçısı bu işğala son qoyulmasını istədiyimizi bir daha söyləyib. İ. Əliyev vurğulayıb ki, Azərbaycan məhz sülh prosesinə sadiq olduğu üçün 15 ildən çox nəticəsiz danışıqlar davam etdiyi halda yenə də prosesi davam etdirir: “Bu məsələnin həlli yalnız beynəlxalq hüquq norma və prinsiplərə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın 1 milyon qaçqını və məcburi köçkünü öz doğma torpağına qayıtmalıdır. Əgər biz buna nail olsaq, bölgədə tam yeni vəziyyət yaranacaq: işbirliyi, sabitlik, yeni iqtisadi və siyasi təşəbbüslər, kommunikasiyaların açılması. Bir sözlə, bölgədə həm sülh təmin olunacaq, həm də inkişaf daha da sürətlə gedəcək”.
Prezident deyib ki, bu gün Türkiyə və Azərbaycanın iqtisadiyyatları o qədər möhkəmdir ki, bu uğurlu inkişafa heç nə təsir edə bilməz: “ Ancaq əgər biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edə bilsək, - mən buna ümid edirəm, - əlbəttə ki, bütün ölkələrin inkişafı daha da sürətli olacaq. Hər bir ölkə bundan faydalanacaq. Biz bunu istəyirik. Biz istəyirik ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun və bölgədəki bütün ölkələr bir-biri ilə normal münasibətlər yarada bilsinlər. Yenə də deyirəm, bunu etmək üçün, sadəcə olaraq, Ermənistanın siyasi rəhbərliyinin iradəsi və müdrik addımları lazımdır”.
Prezident deyib ki, o və türkiyəli həmkarı Ermənistanın yeni rəhbərliyinin məsələnin həlli üçün öz səylərini göstərməyə davam edəcəyi fikrindədirlər: “Müəyyən ümidverici amillər və məlumatlar var. Əlbəttə ki, hadisələri qabaqlamaq istəməzdim, ancaq biz gələcəyə artan ümidlərlə baxırıq. İnanmaq istəyirəm ki, həm Türkiyənin, həm Azərbaycanın, həm Ermənistanın və digər ölkələrin səyləri nəticəsində biz bölgədə sülhün təmin edilməsinə nail olacağıq”.
Öz növbəsində Türkiyə prezidenti Abdulla Gül ikitərəfli və regional məsələləri müzakirə etdiklərini, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə mükəmməl şəkildə irəlilədiyini vurğulayıb. O deyib ki, Türkiyə siyasi məsələlərdə daim Azərbaycanın yanında olub, olmağa da davam edəcək.
Türkiyə prezidenti Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ probleminin dialoq yolu ilə, anlaşma və danışıqlar vasitəsilə həllinə ümid etdiklərini deyib: “Biz 17 ildir ki, davam edən bu problemin həlli üçün yeni fürsətlər yarandığı qənaətindəyik. Bu məsələ ilə bağlı Ermənistana səfərdən də ümidli dönmüşəm. Bu məsələnin danışıqlarla həll oluna biləcəyinə inanıram. Bu problemin həlli bölgəyə sülh havası gətirər ki, bu da bütün regionda böyük iqtisadi əməkdaşlıq qurulması demək olar. Neft kəmərləri, dəmir yolları bütün Qafqazda şəbəkə yarada bilər. Ona görə də bu yeni fürsəti ən yaxşı formada dəyərləndirmək və dondurulmuş münaqişələrin belə qalmasına imkan vermədən onları həll etmək lazımdır”.
Xarici siyasət
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Numan Kurtulmuş Azərbaycanı təbrik edib
Xəbər Lenti
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, xəsarət alanlar var
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Vuçiç ilk dəfə Gürcüstana səfər edib
Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Rusiyada seçkilər zamanı internet söndürüləcək
Aİ Rusiyanın Baş prokuroruna sanksiya tətbiq edib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib - YENİLƏNİB
Bakıda maşından 2 telefon oğurlanıb
Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
Gürcüstan ABŞ-İran razılaşmasını alqışlayıb
170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Numan Kurtulmuş Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib
İran və ABŞ arasında memorandumun Hörmüz boğazı ilə bağlı mətninin yeni detalları açıqlanıb
İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik
Moskvada Azərbaycan şərablarının təqdimatı keçirilib - FOTO
Efiopiyada avtobus qəzasında 28 nəfər ölüb
Sabahın hava proqnozu açıqlanıb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
FHN: Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO
Rusiya MN Kiyev Peçersk Lavra Kompleksini vurması barədə məlumatı təkzib edib: Kompleksə "Patriot" raketi düşüb
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub - YENİLƏNİB
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək
Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib
Dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
Sumqayıtda evdə yanğın olub - VİDEO
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
Milli Qurtuluşdan Zəfərə: Heydər Əliyev siyasətinin təntənəsi olan müasir Azərbaycan - TƏHLİL
Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb
Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq
FHN-in əməkdaşları təhlükəli vəziyyətdə qalan uşağı xilas edib - VİDEO
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib