Bank Of Baku

ATƏT Parlament Assambleyasının növbəti iclasında Qoran Lenmarkerin Cənubi Qafqazda vəziyyətə dair hesabatı dinləniləcək

ATƏT Parlament Assambleyasının növbəti iclasında Qoran Lenmarkerin Cənubi Qafqazda vəziyyətə dair hesabatı dinləniləcək
# 11 sentyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ATƏT Parlament Assambleyasının (PA) növbəti iclasında Gürcüstanda baş verən son hadisələr müzakirə ediləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, ATƏT sədrinin Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bölgəyə səfər edib, baş verən hadisələrlə yerində tanış olub. B. Muradova sessiyada Lenmarkerin hesabatının dinlənəcəyini, məsələ ilə bağlı müzakirələrin aparılacağını qeyd edib. Bundan başqa, sessiyada açıq dünyada ticarət, təhlükəsizlik və miqrasiya məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ATƏT PA-nın növbəti sessiyası sentyabrın 18-20-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR