Bank Of Baku

Azərbaycan deputatları Türkiyə Banklar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüblər

Azərbaycan deputatları Türkiyə Banklar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüblər
# 12 sentyabr 2008 13:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri Bakıda səfərdə olan Türkiyə Banklar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçiriblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, komissiyanın sədri Ziyad Səmədzadə dünyanın aparıcı iqtisadi agentliklərinin apardığı sorğulara əsasən, bu gün ölkənin investisiya mühitinə görə dünyada lider ölkələrdən biri hesab olunduğunu deyib. Z. Səmədzadə banklar və bank assosiasiyaları arasında əməkdaşlığın iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Türkiyə Banklar Assosiasiyasının baş katibi Ekrem Keskin Azərbaycanda bank sektorunun getdikcə gücləndiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu deyib. O, Azərbaycanın bankları və bank sistemləri ilə əlaqələrin inkişafının ortaq ideyaların gerçəkləşməsinə böyük kömək edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR