Bank Of Baku

İslam Kərimov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Fondunda olub

İslam Kərimov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Fondunda olub
# 12 sentyabr 2008 16:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 12-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İ. Kərimov akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoyub.

Özbəkistan prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bu gün Özbəkistan prezidenti Heydər Əliyev Fondunda da olub. Azərbaycan prezidenti İlham Əliyev qonağa Fondun məqsədləri, H. Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verib.

Özbəkistan prezidenti H. Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıb.

Prezident İ. Kərimova xatirə hədiyyəsi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR