Bank Of Baku

BMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb

BMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb
# 13 sentyabr 2008 09:20 (UTC +04:00)
Gündəliyin 13-cü bəndi «GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri» (62/249-cu qətnamə), 16-cı bəndi isə «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» (62/243-cü qətnamə) adlanır.

Sessiya çərçivəsində çıxışlar sentyabrın 23-dən oktyabrın 1-dək olacaq, ümumilikdə 120 ölkə və hökumət başçısı, xarici işlər naziri və nümayəndə heyətlərin rəhbərlərinin çıxışı gözlənilir. İlkin siyahıya görə, sentyabrın 23-də Braziliya, ABŞ, Fransa, Serbiya, Argentina, Qabon, İran, Gürcüstan, Litva prezidentlərinin çıxışı nəzərdə tutulur. Sentyabrın 24-də Ukrayna, 25-də Tacikistan, 26-da Qırğızıstan prezidentləri, sentyabrın 29-da Rusiya XİN başçısı Baş Assambleyanın tribunasına qalxacaq.

63-cü sessiyanın gündəliyinə ümumilikdə 160-dan çox məsələ salınıb. Onlardan ən əsasları sülh və təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə, insan haqları və ətraf mühitin qorunması, sosial və iqtisadi inkişaf məsələləridir.

Qeyd edək ki, sessiya çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin GUAM ölkələri XİN başçıları Şurasının növbəti iclası da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR