Bank Of Baku

Azərbaycan prezidenti Permdə 87 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzası ilə əlaqədar Dmitri Medvedyevə başsağı verib

Azərbaycan prezidenti Permdə 87 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzası ilə əlaqədar Dmitri Medvedyevə başsağı verib
# 14 sentyabr 2008 12:57 (UTC +04:00)
Moskva - APA. Perm şəhərində 87 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzası ilə əlaqədar Rusiya rəhbərliyinə başsağlıqları daxil olur. Rusiya dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, ilk olaraq prezident Dmitri Medvedyevə telefon açaraq başsağlığı verənlər arasında Azərbaycan prezidenti İlham Əliyev də olub.

APA-nın xəbərinə görə, İ. Əliyevdən başqa, Ukrayna prezidenti Viktor Yuşşenko, Ermənistan prezidenti Serj Sərkiysan və digər prezidentlər də Rusiya prezidentinə telefon açaraq, başsağlığı veriblər.

Qeyd edək ki, sentyabrın 13-dən 14-ə keçən gecə Moskvadan Permə uçan təyyarənin Perm yaxınlığında qəzaya uğraması nəticəsində 81 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olan sərnişinlərin 8-i azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR