Bank Of Baku

Elmar Məmmədyarov Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov  Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib
# 15 sentyabr 2008 14:19 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritetləri, beynəlxalq aləmdə əməkdaşlıq istiqamətləri haqda danışaraq Dağlıq Qarabağ münaqişəsinin inkişafa və regional sabitliyə ciddi təhdid olduğunu vurğulayıb. Qonaqlar ona regiondakı vəziyyət, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığına dair suallar ünvanlayıblar. Sualları cavablandıran nazir Azərbaycanın sabit qonşuluq münasibətlərində, davamlı sülh və inkişafda maraqlı olduğunu və bu istiqamətdə səylər göstərdiyini bildirib. Görüşdə regional və beynəlxalq əhəmiyyətli digər məsəllər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR