Bank Of Baku

Gürcüstandakı 50 Azərbaycan məktəbində gürcü dili kursları açılacaq

Gürcüstandakı 50 Azərbaycan məktəbində gürcü dili kursları açılacaq
# 15 sentyabr 2008 14:26 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 20-dən Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə ilkin olaraq 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursların əlaqələndiricisi Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzidir. Gələn ilin əvvəlindən isə Gürcüstandakı bütün Azərbaycan məktəblərində və Tbilisi Dövlət Universitetinin Marneuli Şəhər Filialında azərbaycanlılar üçün gürcü dili kursları açılacaq. Məlumata görə, bu günlərdə soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək məqsədilə 3 dərs vəsaiti - “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti” və “Gürcü dilinin qrammatikası” işıq üzü görüb. Həmçinin gürcü dilinin qrammatikasına aid 300 dəst cədvəl hazırlanıb.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə ilk dəfə olaraq “Azərbaycanca-gürcücə luğət” hazırlanır. Lüğət 20 min sözdən və 2 cilddən ibarət olacaq. Dil kurslarının açılması və dərs vəsaitlərinin çapı da komitənin ayırdığı maliyyə hesabına təmin edilib.
Qeyd olunub ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə 124 Azərbaycan məktəbi var və bu təhsil ocaqlarında 35 min şagird təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR