Bank Of Baku

Şöbə müdiri: “Əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır”

Şöbə müdiri: “Əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır”
# 15 sentyabr 2008 16:54 (UTC +04:00)
Bakı. Tamara Qriqoriyeva - APA. “Cənubi Qafqazda əməkdaşlığın müxtəlif formaları ilə bağlı xüsusən son zamanlar müəyyən təşəbbüslər var. Amma əsas məsələ Cənubi Qafqazda əməkdaşlığın ən səmərəli, optimal formalarından birinə nail olmaqdır”. Bu sözləri Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranın xarici işlər naziri Mənuçöhr Mottakinin ölkəsinin Qafqaz Sülh və Sabitlik Platformasında iştirak etmək niyyətində olması barədə fikirlərinə münasibət bildirərkən deyib.

Azərbaycan üçün hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin, regiondakı digər problemlərin həllinin vacib olduğunu qeyd edən şöbə müdirinin fikrincə, irəli sürülən təklif və təşəbbüslərin hansı nəticələri verəcəyi hələlik məlum deyil: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun və beynəlxalq hüquq normalarına riayət edilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR