Artur Lenk: “Azərbaycan dar ayaqda İsrailin arxalanacağı ölkədir”
Səfir bu dostluğun dünyaya bir mesaj olduğunu deyib: “Bizim bu qədər müxtəlif, eyni zamanda hər iki dövlətin maraqlarına xidmət edən məsələlərdə əməkdaşlıq etməyimiz müsəlman dünyası ilə Qərb arasında guya toqquşma, ziddiyyət olmasına dair mülahizələrin yanlış olduğunu sübut edir. Ölkələr arasında razılaşmamaq üçün müxtəlif səbəblər ola bilər, lakin islam, yəhudilik və xristianlıq səbəb deyil”. Ölkələrimiz arasında strateji əlaqələrə toxunan səfir Lenk İsraillə Azərbaycanın kiçik ölkələr olduğunu və mürəkkəb regionda yerləşdiyini vurğulayıb: “Diplomatik dildə bu, o deməkdir ki, bizim hər ikimizin “dəlı qonşuları” vardır. Biz elə bu bölgədə baş verən son hadisələrdə gördüyümüz kimi, kiçik ölkələr mürəkkəb qonşuluqla olanda çox ehtiyatlı və müdrik davranmalıdır. Həm İsrail, həm Azərbaycan oxşar problemlərlə üzləşir. Bu yaxınlarda “Əbu Bəkr” məscidinə terror hücumu baş verəndə İsrail Azərbaycanın vəziyyətini daha yaxşı hiss edən ölkələrdən oldu”.
İsrailli diplomatının sözlərinə görə, Gürcüstan-Rusiya münaqişəsinin əvvəlində Gürcüstanda olan 500-600 İsrail vətəndaşının təhlükəsizliyi ilə bağlı narahatlıq yaşananda, Azərbaycanın yardım əlini uzatması İsrail rəhbərliyini çox təsirləndirib: “Avqustun 10-11-də Tiflis aeroportu bağlı idi. Biz bu qədər İsrail vətəndaşını Gürcüstandan necə çıxaracağımızı düşünürdük? Digər ölkələr, Birləşmiş Ştatlar, Britaniya öz vətəndaşlarını İrəvana göndərirdilər ki, oradan təyyarə ilə vətənə qaytarsınlar. Lakin bizim Ermənistanda səfirliyimiz yoxdur. Mənim Azərbaycan Xarici İşlər Nazirliyi və Gəncə icra hakimiyyətinə etdiyim 2-3 qısa telefon zəngindən sonra bəlli oldu ki, Azərbaycan bacardığı bütün yardımı göstərəcəkdir. Gürcüstanla sərhədə göndərmək üçün avtobusların təşkilindən başlamış, İsrail təyyarələrinə Bakı və Gəncədə enməyə icazəyədək bütün şərait yaradıldı ki, həmvətənlərimiz Gürcüstanı tərk edə bilsinlər”.
Səfir Lenkin sözlərinə görə, Azərbaycan tərəfinin göstərdiyi dostluq jesti çox yüksək qiymətləndirilib: “Biz bu yardımdan istifadə etməsək də, başa düşdük ki, dar ayaqda Azərbaycan İsrailin arxalanacağı bir ölkədir. Odur ki, mən bunu Gürcüstanda münaqişə ilə bağlı öyrəndiyimiz kiçik bir ibrət dərsi hesab edirəm”.
Xarici siyasət
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Xəbər Lenti
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
İsveçrədə əhali sayının azaldılması ilə bağlı referendum keçirilir
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yol çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb