Bank Of Baku

Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Azərbaycanın regionda rolunu yüksək qiymətləndirib

Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Azərbaycanın regionda rolunu yüksək qiymətləndirib
# 19 sentyabr 2008 07:10 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı mövcud münasibətlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluqlarını ifadə ediblər. Regional məsələlər ətrafında müzakirələr aparılıb və Elmar Məmmədyarov Türkiyənin təklif etdiyi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platformasının əhəmiyyətini vurğulayıb.

Cənab Milibend enerji məsələlərinə, Avropa İttifaqının bu sahədə fəaliyyətinə toxunub, Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirib, Britaniya şirkətləri üçün Azərbaycanda yaradılmış şəraitə görə təşəkkür edib. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR