Bank Of Baku

Elmar Məmmədyarov Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycanın xarici siyasət perspektivləri” mövzusunda çıxış edib

Elmar Məmmədyarov Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycanın xarici siyasət perspektivləri” mövzusunda çıxış edib
# 19 sentyabr 2008 07:17 (UTC +04:00)
London-APA. Londonda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın aparıcı tədqiqat mərkəzlərindən sayılan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycanın xarici siyasət perspektivləri” mövzusunda çıxış edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, tədbirdə Londonda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin diplomatları, tədqiqat mərkəzləri və elmi dairələrin nümayəndələri, özəl sektorun təmsilçiləri və jurnalistlər iştirak ediblər.

Nazir çıxışı zamanı ölkəmizin xarici siyasətini ümumi istiqamətləri, qarşıda duran əsas problemlər, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son vəziyyət ətrafında geniş məlumat verib və münaqişənin həllinin regional təhlükəsizliyin təmin olunması üçün zəruri amil olduğunu qeyd edib. Ölkəmizdə həyata keçirilən islahatlara toxunan E. Məmmədyarov bir sıra sahələrdə uğurlu tədbirlərin həyata keçirildiyini və islahatların davam etdirildiyini vurğulayıb. O, Dünya Bankının son hesabatında Azərbaycanın biznes mühitin yaradılması üzrə ən aparıcı islahatçı ölkə olduğunu auditoriyanın diqqətinə çatdırıb. Çıxışdan sonra nazir Məmmədyarov auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

XİN başçısı səfər çərçivəsində həmçinin LİNKS qeyri-hökumət təşkilatının icraçı direktoru Dennis Sammut və “Reconciliation Resources” təşkilatının layihə rəhbəri Tomas de Val ilə görüşüb. Görüşdə regional məsələlər və xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.

Daha sonra nazir Elmar Məmmədyarov Böyük Britaniyada fəaliyyət göstərən aparıcı diaspora təşkilatlarının nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın xarici siyasəti, onun inkişaf istiqamətləri, regionda baş verən hadisələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR