Bank Of Baku

Qoran Lenmarker: “Türkiyənin Qafqazdakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlarda iştirakı məqsədəuyğun olardı”

Qoran Lenmarker: “Türkiyənin Qafqazdakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlarda iştirakı məqsədəuyğun olardı”
# 20 sentyabr 2008 08:02 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, “ATƏT açıq dünyada” adı altında Torontoda keçirilən dinləmələrin “Bir qədər əvvəl Gürcüstandakı münaqişə” mövzusunda müzakirələrində çıxış edən Q. Lenmarkerin fikrincə, regionun müstəqil ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan maraqlı tərəf kimi hər şeydən əvvəl Qafqazdakı münaqişələrin nizamlanması üçün danışıqlar aparmalıdırlar.

Xüsusi nümayəndə Türkiyəni də danışıqlarda iştiraka dəvət etməyi məqsədəuyğun hesab edir. O bu danışıqlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirə mövzusu ola biləcəyini vurğulayıb. Q. Lenmarkerin fikrincə, Qafqazdakı vəziyyəti sülh yolu ilə həllinə nail olmaq üçün regiona neytral müşahidəçilər göndərilməlidir.

O qeyd edib ki, tərəflərin razılığı əsasında regiona göndəriləcək beynəlxalq müşahidəçilərin əsas məqsədlərindən biri gürcü-osetin münaqişəsinin etnik təmizləmə olub-olmadığını aydınlaşdırmaq olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR