Bank Of Baku

Gələn həftə Vaşinqtonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığına həsr olunmuş konfrans keçiriləcək

Gələn həftə Vaşinqtonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığına həsr olunmuş konfrans keçiriləcək
# 26 sentyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 1-i və 2-də Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda konfrans keçiriləcək. Tədbirin təşkilatçılarından biri olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, konfransda Amerikadakı Azərbaycan diasporunun artmaqda olan siyasi fəallığı, onun keçdiyi yol və gələcək perspektivləri müzakirə olunacaq. Tədbirin digər hissəsi isə əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək. Bu bölümdə Azərbaycan və ABŞ arasında strateji müttəfiqlik münasibətlərini inkişaf etdirilməsi, enerji təhlükəsizliyi, Azərbaycanın enerji ehtiyatlarının ikitərəfli və çoxtərəfli münasibətlərdə rolu və s. barədə danışılacaq.

Konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Amerika Dövlət Departamenti və Dünya Bankının təmsilçisi, ABŞ dövlət katibinin müavininin köməkçisi, ABŞ-ın Xəzər və Qara dəniz regionlarının enerji siyasəti üzrə nümayəndəsi Metyu Brayza və digər rəsmi şəxslər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR