Bank Of Baku

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ermənistanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ermənistanlı həmkarı ilə görüşüb
# 27 sentyabr 2008 08:31 (UTC +04:00)
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər qeyd ediblər ki, regionda baş verən son hadisələrdən sonra danışıqlar prosesinin fəallaşdırılmasına ehtiyac var. Sonra E. Məmmədyarovla E. Nalbandyan arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Meksikanın xarici işlər naziri Patrisiya Espinoza Nyu-Yorkda Azərbaycan Respublikası hökuməti və Meksika Birləşmiş Ştatları hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında saziş imzalayıblar. Nazirlər regional, beynəlxalq və enerji məsələlərini müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR