Bank Of Baku

Araz Əzimov: “Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür”

Araz Əzimov: “Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür”
# 29 sentyabr 2008 11:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Bütün region ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyən İran bölgədəki münaqişələrin sülh yolu ilə həllini istəyir. Ancaq Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı buna böyük maneə yaradır”. APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak niyyətinə münasibət bildirərkən deyib: “Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür. Biz İranın bu istiqamətdə cəhdlərini müsbət qiymətləndiririk. Münaqişənin həlli ilə bağlı müvafiq baza var və danışıqlar da buna əsasən aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR