Bank Of Baku

Luis Mariya de Puç: “Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcək”

Luis Mariya de Puç: “Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcək”
# 29 sentyabr 2008 13:21 (UTC +04:00)
Mən bu yaxınlarda məlumat almışam ki, Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə 80 nəfər həbsdən azad edilib. Lakin bu əfv fərmanının nəzərdə tutulan bütün məhbusları əhatə etdiyini deyə bilmərəm”. Bu sözləri AŞ PA prezidenti Luis Mariya de Puç qurumun payız sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycanda siyasi məhbuslarla bağlı sualı cavablandırarkən deyib.

Məhbusların azad edilməsi prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyən prezident Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunub: “Ümumilikdə ölkədə demokratiyanın tamamilə bərqərar olmasına və qarşıdan gələn seçkilərin Avropa Şurasının prinsiplərinə uyğun şəkildə keçirilməsinə ümid edirəm. Mən Azərbaycanda olarkən prezident İlham Əliyev də şəxsən qarşıdan gələn seçkilərin tam demokratik şəkildə keçiriləcəyinə təminat verdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR