Bank Of Baku

Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib
# 01 oktyabr 2008 16:55 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, görüş barədə məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın bas katibli Matias Sorinasın da qatıldığı görüşdə əsas diqqətin qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin keçmiş sədri Lord Rassel Constonun vəfatından sonra komitənin gələcək fəaliyyət istiqamətinə yönəldiyini bildirib. Görüşdə qərara alınıb ki, Azərbaycanda növbəti prezident seçkiləri ilə əlaqədar bu məsələnin AŞ PA-nın yanvar sessiyasında müzakirəsi daha məqsədəuyğun olardı.

Həmçinin Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər verilməklə, Azərbaycan və Ermənistan nümayəndələrinin yanvar sessiyasında AŞ PA prezidenti yanında bir daha görüşünün keçirilməsi barədə razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR