Bank Of Baku

Elmar Məmmədyarov: “Türkiyənin təklifləri artıq masanın üstündədir”

Elmar Məmmədyarov: “Türkiyənin təklifləri artıq masanın üstündədir”
# 01 oktyabr 2008 19:36 (UTC +04:00)
Belə ki, BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirakımız bizə belə fürsət yaradırdı. Daha sonra isə, məlum olduğu kimi, Gürcüstandakı hadisələrin ardınca Türkiyə tərəfi regionda Sülh və Sabitlik Platforması adlı bir təşəbbüs irəli sürdü. Həmin vaxt isə biz artıq yeni Türkiyə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində yeni görüşü razılaşdırdıq”. APA-nın xəbərinə görə, bunu “Amerikanın səsi” radiostansiyasına müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nyu-Yorkda keçirdiyi görüşlərini şərh edən XİN başçısı həmsədrlərlə görüşü, sadəcə, növbəti təmas adlandırıb: “Gürcüstandakı hadisələrdən sonra bəzi yeni məqamlar ortaya çıxıb və biz də onun əsasında müzakirələr apardıq. Bir məqamı da vurğulayım ki, həm Ermənistanın xarici işlər naziri, həm mən, həm də həmsədrlər özləri belə bir fikir səsləndiriblər ki, artıq Qarabağ münaqişəsi də region üçün təhlükəsizlik baxımından böyük problem yaradır. Və mümkün qədər tez şəkildə biz hansısa irəliləyişə nail olmalıyıq. Buna görə də Nyu Yorkda razılığa gəldik ki, müzakirələri davam etdirək. Növbəti addım olaraq çox güman ki, ya həmsədrlər regiona gələcəklər, ya da biz nazirlər hansısa paytaxtlardan birində görüş keçirəcəyik. Amma belə razılaşdırmışıq ki, görüş məsələsini daha detallı olaraq 1-2 həftədən sonra müzakirə edək”.

Türkiyənin təşəbbüsünə Azərbaycanın mövqeyinin müsbət olduğunu deyən nazir “Türkiyənin təklifləri artıq masanın üstündədir. Biz üçtərəfli görüşdə yekdilliklə elan etdik ki, Türkiyənin təşəbbüsü çox maraqlıdır, müsbət təşəbbüsdür və biz onun üzərində çalışaq. Yəni ümumi şəkildə bu platforma ilə regionda hansısa bir yeni mərhələyə - regiona stabillik və sülh gətirməyə çalışaq. Əlbəttə, biz müzakirələri davam etdirməliyik”-deyə, bildirib.

”Azərbaycanla Ermənistan arasında münaqişə hələ də davam edərkən, Qafqazda sabitlik təşəbbüsü nə qədər realdır?” sualını cavablandıran E. Məmmədyarov “Bu, aktual sualdır, amma biz gərək çalışaq. Əlbəttə ki, Qafqazda sabitliyə nail olmaq üçün Qarabağ münaqişəsi ətrafında xüsusi olaraq hərəkət etməliyik ki, hansısa yeni mərhələyə çıxaq. Azərbaycan tərəfi məsələni belə qoyur ki, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlardan 7 rayon azad edilsin, erməni qoşunları oradan çıxsın və məcburi köçkünlər geri qayıtsınlar. Ondan sonra yeni mərhələ açıla bilər. O baxımdan ki, bölğədə hərtərəfli kommunikasiya başlaya bilər və ondan sonra bu, hansısa yeni imkanlar da yarada bilər. Bu baxından da biz gərək çalışıb sübut edək ki, bu münaqişə doğrudan da regionun təhlükəsizliyinə böyük zərərdir və onu tezliklə yerindən tərpətmək lazımdır. Əlbəttə ki, Qarabağ konflikti çox dərin münaqişədir, onu bir gün və ya bir həftə ərzində həll etmək çətindir. Məhz buna görə Azərbaycan tərəfi təklif edir ki, bu, mərhələli proses əsasında olsun. Biz addım-addım hansısa irəliləyiş əldə edə bilərik. Mən inanıram ki, biz buna nail ola bilərik»-deyə, vurğulayıb.

”Türkiyənin son təşəbbüsləri ilə ATƏT-in Minsk Qrupunun fəaliyyəti arasında bir koordinasiyanın mövcud olub-olmaması ilə bağlı suala cavabında E. Məmmədyarov bildirib ki, Minsk Qrupunun həmsədrləri təkcə Dağlıq Qarabağ münaqişəsilə bağlı fəaliyyət göstərirlər: “ Türkiyənin təşəbbüsünə isə daha çox geniş mənada baxmaq lazımdır. Yəni bu, regional platforma məsələsidir. Beləliklə, onlar məsələlərə daha geniş müstəvidə yanaşırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR