Bank Of Baku

NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlər keçiriləcək

NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlər keçiriləcək
# 02 oktyabr 2008 10:17 (UTC +04:00)
Bakı-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Hollandiyanın Brunsum şəhərində Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir 13-24 oktyabr tarixlərində baş tutacaq. Sloveniyanın Lyublyana şəhərində NATO-nun Üç Birləşmiş Qüvvələr Komandanlıqlarının Maddi-Texniki Təminat mövzusunda konfransı isə 14-16 oktyabrda keçiriləcək. Mərakeşin Rabat şəhərində E-PRİME təlimi oktyabrın 6-da başlanacaq.
Haaqa şəhərində Hollandiyanın Müdafiə Kollecində keçiriləcək 40-cı Beynəlxalq Qərargah zabitlərinin tanışlıq kursu (İSOOJ-40) oktyabrın 7-dən noyabrın 13-dək davam edəcək. Proqram çərçivəsində Almaniyanın Bonn şəhərində Fəlakətin idarə edilməsi üzrə 4-cü Avropa Konqresi 8-9 oktyabrda baş tutacaq. Məlumata görə, 11-22 oktyabrda Qətərin Doha şəhərində «Yırtıcı Şahin 2008» təlimi keçiriləcək. Estoniya Tartu şəhərində Baltik Müdafiə Kollecinin iştirakçıları olan ölkələrin birgə konfransı isə 12-15 oktyabrda gerçəkləşəcək. 13-17 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində Terrorizmə qarşı mübarizə kursu keçiriləcək.
Macarıstanın Budapeşt şəhərində Şimali Atlantika Şurasının İSAF Əməliyyatlarına Tövhə verən Qeyri NATO ölkələrinin Müdafiə Nazirləri səviyyəsində görüşü oktyabrın 9-da baş tutacaq. Almaniyanın Penzinq, Um, Donkastr, Feldavinq şəhərlərində isə 10-14 oktyabrda Məlumat toplantısı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR