Bank Of Baku

Norveç xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb

Norveç xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb
# 02 oktyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Norveçin xarici işlər nazirinin müavini Raymond Yohansen Azərbaycana işgüzar səfərə gəlib. Norveçin Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, nazir müavini artıq siyasi partiya liderləri, Norveçin Azərbaycanda fəaliyyət göstərən «Statoil» şirkətinin rəhbəri ilə görüşlər keçirib. Günün ikinci yarısında isə norveçli qonağı xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək, sonra R. Yohansen nazir müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə görüşəcək.

Qeyd edək ki, R. Yohansen Bakıya səfərini Norveç Humanitar Müəssisəsinin Abşeronda yerləşən uşaq evində həyata keçirdiyi layihə ilə tanışlıqdan başlamalı olsa da, qonağı Gürcüstandan gətirən təyyarə gecikdiyindən proqramın bu hissəsi təxirə salınıb. Eyni səbəbdən nazir müavinin Bakıda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri ilə görüşü də təxirə salına bilər.

Qeyd edək ki, R. Yohansen regiona səfərini Ermənistandan başlayıb, sonra Gürcüstanda olub və turnesini Bakıda yekunlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR