Bank Of Baku

Azərbaycan hərbçiləri ikitərəfli əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri ikitərəfli əməkdaşlıq planlarına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər
# 02 oktyabr 2008 10:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Braşov şəhərində Hərbi Hava Qüvvələri (HHQ) zabitləri üçün nəzərdə tutulan ingilis dili kursu oktyabrın 5-də başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, HHQ zabitləri üçün təkmilləşdirilmiş ingilis dili kursu isə oktyabrın 1-də başlanıb.
Məlumata görə, Azərbaycanla Böyük Britaniya arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakıda Çavuşların Sülhməramlı Əməliyyatlara hazırlığı üzrə dünəndən başlanan təlim kursu noyabrın 14-dək davam edəcək. Azərbaycanla Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Naumberq, Münhen şəhərlərində Tibb xidməti zabiti kursu da dünən başlanıb. Bu gün isə Hürt, Drezden şəhərlərində Quru Qoşunları zabiti kursu, eyni zamanda Hürt, Flenzburq şəhərlərində Hərbi Dəniz Qüvvələri (HDQ) zabiti kursu başlanacaq.
Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Görmə sahəsi analitiki oftalmoloji müşahidə lazeri kursu sabah işə başlayacaq. Qeyd olunub ki, Türkiyə Quru Qoşunları Məktəbini (KHO) ziyarət və məktəbin 2008-2009-cu təlim-tədris ilinə açılış mərasimində iştirak 5-7 oktyabrda olacaq. İzmir şəhərində Partlatma üsulları, mina və mina tələləri üzrə gizirlər üçün kurs oktyabrın 6-dan 17-dək davam edəcək. Bundan başqa, oktyabrın 6-dan gələn il iyulun 31-dək İstanbul şəhərində Hərbi Akademiyada təhsil (Quru qoşunları, Hava qüvvələri, Dəniz qüvvələri) keçiriləcək.
Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 14-22 oktyabr tarixlərində Reno şəhərində 51-ci illik Bioloji Təhlükəsizlik konfransı keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR