Bank Of Baku

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib
# 02 oktyabr 2008 15:03 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin səviyyəsindən razılıq ifadə olunub və bu əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

C. Neqroponte Azərbaycana ilk dəfə səfər etdiyini və səfər müddətində artıq Səngəçal terminalında olduğunu bildirib. Dövlət katibinin müavini bu terminalın, eləcə də paytaxtda müşahidə etdiyi quruculuq işlərinin və inkişafın onda yüksək təəssürat yaratdığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR