Bank Of Baku

Norveç xarici işlər nazirinin müavini: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

Norveç xarici işlər nazirinin müavini: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”
# 02 oktyabr 2008 16:26 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə Norveç Krallığının Xarici İşlər Nazirinin müavini Raymond Yohanseni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən, xüsusən də enerji sahəsində əməkdaşlıqdan razılıq ifadə olunub.

Cənubi Qafqaz regionunda baş verən proseslərdən söz açan R. Yohansen Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, E. Məmmədyarov Ermənistanın təcavüzkar siyasətinin bütün regionun inkişafına zərbə vurduğunu qeyd edib, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib: “Regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycanın işğal edilmiş əraziləri təcavüzkar qoşunlardan azad edilməli, məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, həmin ərazilərin infrastrukturu bərpa edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR