Bank Of Baku

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi üçün danışıqların intensivləşdirilməsini vacib sayır

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi üçün danışıqların intensivləşdirilməsini vacib sayır
# 03 oktyabr 2008 07:23 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparılıb, son dövrdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərin Azərbaycan və ABŞ arasında tərəfdaşlığı daha da gücləndirdiyi bildirilib. Regiondakı vəziyyəti müzakirə edən tərəflər, bölgədə sülhün bərqərar olmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayıblar.

E. Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib, bunun üçün ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasının vacibliyini qeyd edib.

C. Neqroponte ölkəsinin sülh danışıqları prosesini dəstəklədiyini və həllin əldə edilməsinin tezləşdirilməsi üçün danışıqların intensivləşdirilməsini vacib sayıb. Qonaq, həmçinin Azərbaycanın enerji ehtiyatlarının hasilatçısı və tranziti ölkəsi kimi əhəmiyyətini də önə çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR